• Telefon
    +994 (12) 525-83-07/09/10
  • İş saatları
    Bazar ertəsi-Cümə 08:00 - 20:00
  • Ünvan
    Olimpiya küç. 4A, Bakı, Azərbaycan
MİTRİ-də professor Dr. Kenan Koç ilə konsultasiya günləri keçirildi
  • 08.12.2025

MİTRİ-də professor Dr. Kenan Koç ilə konsultasiya günləri keçirildi

21–22 noyabr 2025-ci il tarixlərində Bakı şəhərində, MİTRİ klinikasında ACIBADEM klinikasının professoru, beyin və sinir cərrahı Dr. Kenan Koç ilə konsultasiya günləri uğurla keçirildi.

Tədbir çərçivəsində pasiyentlər neyrocərrahi problemlər, beyin şişləri, hipofiz və kəllə əsası nahiyəsinin patologiyaları ilə bağlı ətraflı tibbi baxışdan keçdilər və mütəxəssis rəyini əldə etdilər. Dr. Kenan Koç minimal invaziv və endoskopik üsullarla apardığı uğurlu əməliyyat təcrübəsi ilə xüsusi maraq doğurdu.

Konsultasiyalar MİTRİ klinikasında yüksək təşkilatçılıq səviyyəsində təşkil olundu və pasiyentlər üçün pulsuz şəkildə həyata keçirildi.