Türkiyədə elmi məqalələrin hazırlanması və nəşri məsələlərinə həsr olunmuş «Bilimsel makale ve yayıncılık» adlı kitab nəşr olunmuşdur. Nəşr prof. dr. Servet Altayın redaktəsi ilə hazırlanmış, kitaba ön sözü isə 2025-ci il Nobel mükafatı laureatı Aziz Sancar yazmışdır. Kitab elmi ictimaiyyət, xüsusilə akademik karyerasının ilkin mərhələsində olan gənc tədqiqatçılar üçün mühüm praktiki əhəmiyyət kəsb edir.
Bu elmi nəşrin müəllifləri və hazırlanmasında iştirak edənlər sırasında Milli İdman Tibb və Reabilitasiya İnstitutunun müalicə işləri üzrə sədr müavini Dos. Dr. Rəhimə Qabulova da yer almışdır ki, bu da institutun beynəlxalq elmi əməkdaşlığın və akademik fəaliyyətin inkişafına verdiyi töhfəni göstərir.