27 sentyabr tarixində MİTRİ-də “Ağrının Neyrokinezoloji Dəyərləndirilməsi” mövzusunda 6 saatlıq ixtisaslaşdırılmış kurs uğurla keçirildi.
Tədbir Şimali Kipr Türk Cümhuriyyəti Dünya Sülh Universitetinin professoru Şahin Əhmədov tərəfindən aparıldı.
Kurs çərçivəsində xroniki və səbəbi bilinməyən kəskin ağrıların müalicəsində rast gəlinən əsas çətinliklər, düzgün diaqnostikanın rolu, elmi biliklərin klinik praktikada tətbiqi və fərdi müalicə yanaşmalarının əhəmiyyəti ətraflı şəkildə izah olundu. Qeyd edildi ki, ağrının hiss edildiyi nahiyə hər zaman problemin əsas mənbəyi olmur. Bəzi hallarda ağrılar əzələlərin kompensasiya mexanizmləri nəticəsində, digər hallarda isə sinir-əzələ sistemindəki funksional pozğunluqlar səbəbindən meydana çıxır.
Kurs çərçivəsində aşağıdakı mövzular əhatə olundu:
• Ağrının əsas mənbəyinin müəyyən edilməsi
• Ağrının formalaşmasında əzələlərin, oynaqların və bağların rolu
• Sinir mənşəli ağrılarda radikulyar və tunel sindromlarının fərqləndirilməsi
Kursda reabilitoloq-həkimlər, fizioterapevtlər, nevroloqlar və idman həkimləri iştirak etdilər.